İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ oldu

16 İyul 2019 05:36 (UTC+04:00)

İndoneziyanın Bali adası yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Yeraltı təkanlar Cimbaran yaşayış məntəqəsindən 88 km cənub-qərbdə, onun ocağı isə 100 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur. (APA)