Bakıda "Toyota" yük maşınına çırpıldı - xəsarət alanlar var

16 İyul 2019 02:29 (UTC+04:00)

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Avtoqəza Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, sürücü Əlisahib Səfərov idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını yolun sol hərəkət zolağında saxlayaraq kafeyə gedib. Bu vaxt arxadan yüksək sürətlə gələn və Rövşən Əliyevin idarə etdiyi "Toyota" markalı avtomobil yük maşınının qoşqusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü və onun sərnişini Kənan Səmədzadə xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatını Nərimanov polisi araşdırır. (APA)