Aİ KXDR-yə qarşı sanksiyaların müddətini uzatdı

16 İyul 2019 09:01 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının fiziki və hüquqi şəxlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir.

Sənəddə qeyd edilir ki, Aİ Şurası aktivlərin dondurulması və hərəkətin məhdudlaşdırılması tətbiq edilən şəxslərin xüsusi siyahısını yenidən nəzərdən keçirib. Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir.

Bundan əlavə, Aİ-nin KXDR-ya qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrindən adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.

Sanksiyalar KXDR-nın nüvə silahının və ballistik raketlərin hazırlanması üzrə fəaliyyəti ilə əlaqədar tətbiq edilib.(trend.az)

AzNews.az