Gecə klubunda əylənən qızlar oğlanların təklifini qəbul etməyincə...

16 İyul 2019 10:16 (UTC+04:00)

İngiltərədə rəfiqələri ilə gecə klublarının birində əylənən 18 yaşlı Gabrielle Walsh və rəfiqləri döyülüblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, gecə klubunun çıxışında Gabrielle Walsh və rəfiqələri 20 yaşlı oğlanların əylənmək təklifini qəbul etməyincə hücuma məruz qalıblar.

Ətrafdakıların köməyə gəldiyini görən gənclər hadisə yerindən qaçıblar. Yumruq zərbəsi alan qızlar isə xəstəxanaya aparılıblar.

Polis gəclərin kimliyi haqda araşdırmaya başlayıb.

Rəqsanə

AzNews.az