XV Avropa Gənclər Olimpiya Festivalında neçə idmançımız iştirak edəcək?

16 İyul 2019 11:46 (UTC+04:00)

Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında 122 idmançı ilə təmsil olunacaq.

Nümayəndə heyətinin ümumi sayı isə 198 nəfərdən ibarət olacaq.

Bunları Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.

Festivalda Azərbaycanın şef-de-missionu olacaq H.Rzayevin sözlərinə görə, 48 ölkənin idmançıları 135 dəst medal uğrunda mübarizə aparacaqlar. Qonaqların ümumi sayı isə 3900 nəfər təşkil edəcək.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.(report.az)

AzNews.az