Ən çox və ən az qazanan dünya liderləri - SİYAHI

8 May 2013 11:59 (UTC+04:00)
Belçikada fəaliyyət göstərən təşkilatın dünya liderlərinin illik qazancları ilə bağlı hesabatı açılqlanıb.

İraqın baş naziri Nuri əl Maliki bütün prezidentlər, baş nazirlər, kral və papaları qabaqlayaraq birinci olub. Hesablamalara görə, İraq hökumət başçısının illik qazancı 3 milyon dollar təşkil edir.

Avropadakı krallar arasında isə ən çox qazanan Norveç kralı Haralddır- ildə 1 milyon 200 min avro. Ən az qazanan lider isə İspaniya kralı Xuan Karlosdur. Onun qazancı cəmi 172 min avrodur.

Bu siyahıya görə, Lüksemburq hersoqunun illik gəliri 645 min avro, Amerika prezidenti Barak Obama 400 min dollar, Almaniya baş kansleri Angela Merkel 277 min avro, Türkiyə prezidenti Abdullah Gül 156 min dollar, Rusiya dövlət başçısı Vladimir Putin 115 min dollar, İsrailin baş naziri Benyamin Netanyahu 50 min 400 dollar təşkil ediblər.


Xatirə

AzNews.az