Azərbaycan təbii qaz ixracını 83% artırıb

16 İyul 2019 12:31 (UTC+04:00)

Bu ilin I yarısında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 664 611,71 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu miqdarda təbii qazın dəyəri 1 047,680,8 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,5% olub.

Bu ilin I yarısında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 82,7%, dəyəri isə 83,7% çoxdur.(report.az)

AzNews.az