Bilgəhdə dənizdə batan gənc axtarılır - FHN

16 İyul 2019 12:53 (UTC+04:00)

İki gün ğncə Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları davam etdirilir.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunub.

Qeyd edək ki, iyulun 14-də Rəsulzadə İlham Tofiq oğlu Bilgəh qəsəbəsində, dənizdə, nəzarətsiz ərazidə batıb.

AzNews.az