Rəsmi Kiyevdən Rusiyaya səfir təyinatı ilə bağlı açıqlama

16 İyul 2019 14:25 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski hələ ki, Rusiyaya səfir təyin etməyi planlaşdırmır.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Prezident ofisi rəhbərinin müavini Vadim Priistayko bildirib.

Onun sözlərinə görə, səfirliyə müvəqqəti müvəkkil başçılıq edir, buna görə də hər şey olduğu kimi qalacaq.(qafqazinfo.az)

AzNews.az