Zabratda vurulan piyada öldü

16 İyul 2019 14:54 (UTC+04:00)

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza iyulun 15-də saat 1 radələrində qeydə alınıb.

Bakı şəhər sakini E.İsrafilzadə idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Şərbətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az