Nusret ətin içinə qoyduğu üzüklə sosial mediada gündəm oldu - FOTO

16 İyul 2019 15:49 (UTC+04:00)

Türkiyə və dünyada bir çox restoran açan, “saltbae” hərəkəti ilə fenomenləşən Nusret Gökçe “Instagram” hesabından etdiyi paylaşım ilə hər kəsi təəccübləndirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Nusret Gökçe tez-tez sosial media hesabından paylaşdığı videolarla gündəmə gəlir.

Ətləri kəsməyi bir şou halına gətirən Nusret, bu dəfə paylaşdığı bir foto ilə gündəm olub və insanların fikrini qarışdırıb.

Nusret “Instagram”da ətin arasında sıxışdırılmış bir “tək daş” üzük fotosu paylaşaraq "She said yes (“Hə dedi”)" notunu paylaşıb və bir anda izləyiciləri tərəfindən şərh atəşinə tutulub.

Onun bu paylaşımı, izləyicilərinin ''Evlənirsənmi?'' kimi suallarına səbəb olub .

Səidə Vahid

AzNews.az