Merkel himni yenə oturaraq dinlədi

16 İyul 2019 15:58 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel protokol qaydalarına zidd olaraq dövlət himnini oturaraq dinləyib.

TASS xəbər verir ki, bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib.

Protokol qaydaları üzrə himnin dinlənməsi zamanı onlar musiqini oturaraq dinləyib.

Bu, artıq protokol dəyişikliyinə yol verilən - dövlət başçılarının himnləri oturaraq dinlədiyi ikinci haldır. Bundan əvvəl Almaniya kansleri Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdə himni oturaraq dinləyib.(report.az)

AzNews.az