Argentina məhkəməsi Messiyə üzr istəməyi tövsiyə etdi

16 İyul 2019 16:08 (UTC+04:00)

Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir.

Bu barədə “Times of India” nəşrinə Argentinanın ali idman məhkəməsinin üzvü Qustavo Abreu bildirib. Onun sözlərinə görə, əks halda, 32 yaşlı hücumçu 2 il müddətinə yığmada oynamaq hüququndan məhrum edilə bilər.

Qeyd edək ki, Messi Amerika Kubokunda həm kapitanı olduğu Argentinanın yarımfinalda Braziliyaya uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları korrupsiyada, hakimləri isə qərəzli idarəçilikdə ittiham edib.(report.az)

AzNews.az