Rusiyada pis yollardan süjet hazırlayan jurnalistlər tutuldu

16 İyul 2019 17:16 (UTC+04:00)

Yakutskda polis əməkdaşları şəhər administrasiyasında pis yollar haqqında süjet çəkən jurnalistləri tutublar.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti" agentliyi DİN-in region üzrə mətbuat xidmətinə istinadən yayıb.

Qeyd edilir ki, jurnalistlər Villaysk şəhərinin meri tərəfindən müvafiq icazə olmadan çəkiliş aparıblar.

İfadə verdikdən sonra onlar sərbəst buraxılıb.

Jurnalistlərin sözlərinə görə, onlar şəhər sakinlərindən yolların vəziyyəti barədə soruşublar. Onlara sahə müvəkkili yaxınlaşıb məlumat verib ki, şəhər merindən hüquq-mühafizə orqanlarına ərizə daxil olub və onlar polis şöbəsinə getməlidirlər.

Jurnalistlər qeyd ediblər ki, bundan əvvəl onlar merlə əlaqə saxlayıblar, lakin o, aqressiv davranıb və şərh verməkdən imtina edib.

Merin dediyinə görə, jurnalistlər lap əvvəldən özlərini pis aparıb və vəsiqələrini göstərməyiblər. Onlar həmçinin icazə olmadan birbaşa küçədən reportaj hazırlmağa başlayıblar.

Babək Göyüş

AzNews.az