Ukraynanın Ermənistandakı səfiri dəyişdiriləcək

16 İyul 2019 17:38 (UTC+04:00)

“Levıy Bereq” nəşri xəbər verir ki, Ukrayna siyasətində yeni mərhələnin başlanması ilə əlaqədar olaraq, ilk növbədə, “Böyük yeddiliy”ə (G-7) aid ölkələrdəki səfirlərin dəyişdirilməsi nəzərdə tutulur.

“Hələlik uyğun namizədlər yoxdur. Dəyişiklik ediləcək ölkələr siyahısında Vatikan, İsveçrə, Argentina, Vyetnam, İordaniya, Ermənistan, Kipr, Cənubi Afrika Respublikası kimi ölkələr var”, - “Levıy Bereq” yazıb.(report.az)

AzNews.az