“Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi ölkəmizin neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb ki, bunun da, təxminən, 85 mlrd. dollara yaxını xarici investisiyanın payına düşür”/
Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edərkən deyib.
Energetika naziri “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda məruzəsində ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyllərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib.