Şəkidə "ZİL" qəza törətdi - yük yerindəki torpaq 2 azyaşlının üstünə dağıldı

16 İyul 2019 18:37 (UTC+04:00)

Hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Trend)