Bakıda "London" taksisi mopedi vurub, xəsarət alanlar var - FOTO

16 İyul 2019 23:08 (UTC+04:00)

Hadisə Abbasqulu Ağa Bakıxanov küçəsində Sahil bağının yaxınlığında qeydə alınıb.

Belə ki, İlkin İsgəndərov idarə etdiyi mopedlə yol hərəkəti qaydalarını pozaraq qəfil "London" taksisinin qarşısına çıxıb. Sürətlə gələn taksi mopedi vurub. Nəticədə mopedin sürücüsü İ.İsgəndərov və sərnişini ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)