Qida sənayesində inqilab - Şəkərsiz şokolad...

17 İyul 2019 09:20 (UTC+04:00)

"Nestle" şirkəti şəkərdən istifadə etmədən şokolad istehsal etməyə imkan verən yeni texnologiyanı patentləşdirib.

Şirkət şokolada ağ örtük əlavə edib.

İstehsal prosesində ağ örtüyün tərkibini fruktoza olan toz halına gətiriblər - təbii şəkər əvəzedicisi.

"Nestle" bu texnologiyanı istifadə edən ilk istehsalçıdır.

Şəkərsiz şokoladın bu payız satışa çıxması gözlənilir. Satış üçün ilk ölkə Yaponiya olacaq.

Eyni zamanda, şəkərin istifadəsindən tamamilə imtina etmək mümkün deyil.

Belə ki, əvvəlcə onun tərkibi 40 faiz azaldılacaq.(trend.az)

AzNews.az