TQDK abituriyentlərə ikinci şans verəcək

8 May 2013 12:58 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsinə sənəd verən abituriyentlər üçün mayın 19-da Azərbaycan dili fənnidən imtahan keçirəcək. TQDK-dan AzNews.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizələrin təsdiqi bu gün başa çatır.

Qeyd olunan vaxta qədər ərizələrini təsdiq etdirməyən, hər-hansı səbəbdən imtahanda iştirak edə bilməyən, eləcə də "qeyri-məqbul" alan abituriyentlər iyunun 23-də keçiriləcək növbəti Azərbaycan dilli imtahanında iştirak edə biləcəklər.

Abituriyentlər "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak etmək üçün imtahana bir neçə gün qalmış iş nömrəsindən və şifrdən istifadə etməklə internet vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər.

Elnarə
AzNews.az