İranda mikroavtobus dərəyə aşdı - 11 nəfər öldü

17 İyul 2019 10:09 (UTC+04:00)

İranın İsfahan vilayətinin Buyin Miyandəşt-Xansar yolunda sərnişin mikroavtobusu dərəyə aşıb.

Bunu İranın İsfahan vilayəti yol polis rəisinin əvəzi polkovnik Əsğər Zare deyib.

Ə.Zarenin sözlərinə görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Polkovnik yaralıların xəstəxanaya yerləşdirildiyini deyib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az