Yük maşını fəhlənin üstündən keçdi

17 İyul 2019 11:50 (UTC+04:00)

Göygöldə fəhlə faciəvi şəkildə ölüb.

Rayonun Yeni Qızılca kəndində Ağdaş rayon sakini, "Özgün Yapı Sənayə Ticarət və Anonim" şirkətində sürücü işləyən Qurban İbrahimov "Ford Cargo" markalı avtomobillə onunla eyni şirkətdə fəhlə işləyən Kəlbəcər rayon sakini, Taryel Şirinovun üstündən keçib.

Fəhlə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb.(apa.az)

AzNews.az