IV kurs tələbəsi qəzada öldü

17 İyul 2019 12:05 (UTC+04:00)

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.

Rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub.

Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.(report.az)

AzNews.az