Suriyada növbəti partlayış - 4 hərbçi öldü

17 İyul 2019 13:08 (UTC+04:00)

Suriyanın cənubundakı Dəra vilayətində hərbi avtomobil partladılıb, 4 suriyalı hərbçi ölüb, 14-ü isə yaralanıb.

Bu barədə RİA "Novosti"yə vilayət polisindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, terrorçular hərbçiləri evdən hərbi hissəyə daşıyan avtomobilə partlayıcı qurğu quraşdırıblar.

Öz növbəsində yerli KİV Dəra şəhərində güclü partlayış olduğu barədə məlumat yayıb. O cümlədən qeyd olunub ki, hərbi avtomobil terrorçular tərəfindən Dəra şəhərinin qərbindəki Yaduda kəndinə gedən yolda hücuma məruz qalıb.(report.az)

AzNews.az