Həmidə Ömərova həyatından bəhs edən kitab yazdı

17 İyul 2019 13:25 (UTC+04:00)

Xalq artisti Həmidə Ömərovanın kitabı işıq üzü görüb.

Bu barədə aktrisa instaqram hesabında məlumat verib.

Kitab “Mən öləndən sonra xoşbəxt idim” adlanır.

“15- 20 il ərzində yazdığım həyat hekayələrimin bir hissəsini ve ssenarimin birinci hissəsini nəşr etdirdim. Çox az sayda... Məndən əzizlərimə, dostlarıma yadigar qalar”, - deyə Ömərova qeyd edib.(qafqazinfo.az)

AzNews.az