“Beşiktaş”dan ikinci transfer

17 İyul 2019 13:46 (UTC+04:00)

Türkiyənin “Beşiktaş” klubu növbəti transferinə hazırlaşır.

“Hürriyet” xəbər verir ki, İstanbul təmsilçisi “Fiorentina”nın müdafiəçisi Vitor Huqonu bir illik icarəyə götürüb. Bu keçid üçün “ağ-qaralar” 300 min avrosundan keçib. Braziliyalı mərkəz mərkəz müdafiəçisinin illik maaşı 1,7 milyon avro olacaq.

28 yaşlı futbolçu yaxın günlərdə İstanbula gəlib, tibbi müayinədən keçəcək.

"Fiorentina" Vitor Huqonu 2017-ci ildə "Palmeyras"dan 8 milyon avroya transfer etmişdi.

"Beşiktaş" daha öncə Portuqaliyanın "Vitoriya" klubundan ABŞ millisinin yarımmüdafiəçisi Tayler Bondu transfer edib.(qafqazinfo.az)

AzNews.az