Rusiya qırıcısı Finlandiyanın hava sərhədini pozdu

17 İyul 2019 15:21 (UTC+04:00)

Rusiyaya aid qırıcı təyyarə Finlandiyanın hava sərhədini pozmaqda şübhəli bilinir.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiyanın Müdafiə Nazirliyi yayıb.

"Rusiya dövlətinə məxsus qırıcı təyyarə iyulun 17-də səhər Porvoo şəhəri ərazisində Finlandiyanın hava məkanını pozmaqda şübhəli bilinir", - deyə nazirliyin məlumatında bildirilir.

Fin Sərhəd Xidmətinin hadisənin detallarını araşdırdığı deyilir.

Pərvanə Ağazadə

AzNews.az