Zelenski hava limanının direktoru ilə mübahisə etdi - VİDEO

17 İyul 2019 15:25 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Nikolayev hava limanında aeroportun direktoru Fedor Barna ilə mübahisə edib.

“Obozrevatel” nəşrinin verdiyi xəbərə görə, tərəflər arasında qalmaqal hava limanı terminalının tikintisinin başa çatması və lazımi vəsaitin miqdarı ilə bağlı müzakirə zamanı yaşanıb.

Barna deyib: “Siz bizə kömək etmək istəyirsiniz, yoxsa bizi burada hər kəsin qarşısında tənbeh etmək niyyətindəsiniz?”.

Ukrayna lideri direktorun bu çıxışını bəyənməyərək ərazidən uzaqlaşmaq qərarına gəlib. O, cavabında bildirib: “Hamını? Özünüz həll edin, getdik”.(qafqazinfo.az)

AzNews.az