ABŞ və Rusiya diplomatları görüşür - İsveçrədə

17 İyul 2019 15:50 (UTC+04:00)

Cenevrədə Rusiya-ABŞ arasında strateji sabitlik üzrə məsləhətləşmələrə start verilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, görüş Rusiyanın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəliyində keçirilir.

Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin müavini Con Sullivan başçılıq edir.

Nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibinin Silahlara və Beynəlxalq Təhlükəsizliyə Nəzarət üzrə müavini Andrea Tompson da daxildir.

Pərvanə Ağazadə

AzNews.az