Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparılıb

17 İyul 2019 15:46 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxan məhkəmənin hakimi David Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib.

Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan məlumatı təsdiqləyib.

O, məsələ ilə bağlı əlavə məlumat vermədən deyib: “Axtarış bizim nəzarətimizdə olan iş çərçivəsində aparılıb”.

Qeyd edək ki, mayın 20-də Yerevan məhkəməsinin hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib.(repot.az)

AzNews.az