İraqda türkiyəli diplomat öldürüldü

17 İyul 2019 16:31 (UTC+04:00)

İraqın şimalında yerləşən Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşları olan restorana silahlı hücum nəticəsində 3 diplomat öldürülüb.

"Hurriyet" xəbər verir ki, hadisə nəticəsində yaralananlar da var.

Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hücum edənlərin kimliyi hələlik məlum deyil.(report.az)

AzNews.az