Yazıçı Andrea Kamilleri vəfat etdi

17 İyul 2019 16:50 (UTC+04:00)

İtalyan prozaiki Andrea Kamilleri 93 yaşında Romada vəfat edib.

TASS agentliyi xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

İyun ayında yazıçını ürək tutması diaqnozu ilə Santo-Spirito xəstəxanasında yerləşdiriblər.

Polis komissarı Montalbano haqqında silsilə romanların müəllifi Andrea Kamilleri İtaliyanın detektiv janrında yazan ən populyar yazıçılarından biri olub.

2015-ci ildə Kamilleri söz sənətinə töhfəsinə və detektiv janrında klassik dünya ədəbiyyatının ən yaxşı ənənələrinə sadiqliyinə görə “İtaliyada N.V.Qoqol adına mükafat”ın laureatı olub.

Andrea Kamilleri 1925-ci il sentyabrın 6-da Aqricento əyalətinin (Siciliya) Porto-Empedokl şəhərciyində anadan olub. Uzun illər Romada yaşayıb və işləyib.(AZƏRTAC)

AzNews.az