Bu qəsəbələrdə su olmayacaq

17 İyul 2019 17:00 (UTC+04:00)

Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırlması ilə əlaqədardır.

AzNews.az