Şamaxıda avtoqəza olub, 5 nəfər xəsarət alıb

17 İyul 2019 19:48 (UTC+04:00)

Rayonun Göylər kəndində "QAZ 3110" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Xəsarət almış şəxslər təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda zərərçəkənlərin adları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)