Bakıda 43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular

17 İyul 2019 21:51 (UTC+04:00)

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib.

Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub. (Trend)