Çempionlar Liqası: "Qarabağ" növbəti təsnifat mərhələsinə yüksəlib

17 İyul 2019 23:00 (UTC+04:00)

Azərbaycanın "Qarabağ" klubu Bakıda Albaniyanın "Partizani" klubunu qəbul edib.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 51-ci dəqiqəsində Filip Ozobiç, 90+4-cü dəqiqəsində isə Dani Kintana fərqləniblər.

Beləliklə, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsin' yüksəlib. (Trend)