Bakıda 33 yaşlı kişi özünü doğrayaraq intihar etdi

18 İyul 2019 00:46 (UTC+04:00)

Bakının Suraxanı rayonunda intihar baş verib.

İnsident Hövsan qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Ruslan Fəxrətov boğazını bıçaqla kəsib. O, qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. (APA)