Ərbildə silahlı hücum zamanı ölənlərin sayı 3-ə çatdı - Türk diplomat da qətlə yetirilib

18 İyul 2019 01:42 (UTC+04:00)

İraqın Ərbil şəhərində tütkiyəli diplomatın da öldürüldüyü silahlı hücum zamanı ölənlərin sayı 3 nəfərə çatıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, restorana hücum nəticəsində Türkiyə baş konsulunun müavini ilə yanaşı bir İraq vətəndaşı da öldürülmüş, bir nəfər isə ağır yaralanmışdı.

Aldığı ağır yara səbəbindən İraq vətəndaşı Başdar Ramadan xəstəxanada keçinib. Hazırda hücumçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar aparılır. (APA)