İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində türkiyə diplomatlara hücumda şübhəli bilinən 3 nəfəri həbs edib.
Bu barədə “Haber Türk” telekanalı məlumat yayıb.
Saxlanılanlar haqqında hələlik bir məlumat verilmir.
Qeyd edək ki, Türkiyə XİN-in yaydığı açıqlamaya görə, Türkiyə baş konsulluğunun əməkdaşlarına hücum Ərbildəki restoranların birində baş verib. “Sky News Arabia” telekanalı xəbər verir ki, hücumçular iki nəfər olub. Nəticədə baş konsulluğun əməkdaşı öldürülüb. (APA)