“Taliban”çılar Əfqanıstan ordusunun generalını öldürdülər

18 İyul 2019 09:20 (UTC+04:00)

Əfqanıstanın Milli Ordusunun generalı radikal "Taliban" hərəkatının silahlıları tərəfindən öldürülüb.

Bu barədə "Tolonews" telekanalı xəbər verir.

Müdafiə Nazirliyinə istinadən yayılan məlumata görə, general Əbdül Mübin Müdctəb Qəzni vilayətinin alayına komandanlıq edib. O, Qəzni və Qəndəhar vilayətləri arasındakı postu yoxlayarkən qətlə yetirilib.

"Taliban" hərəkatının hücumda 2 əsgəri iştirak edib. Onlardan biri öldürülüb, digəri isə yaralanıb.(report.az)

AzNews.az