Rusiyalı diplomat İrana görə ABŞ-ı qınadı

18 İyul 2019 09:59 (UTC+04:00)

“Rusiya ABŞ-ın İranın xarici işlər naziri Cavad Zərifə viza verməkdə çətinlik yaratmaq cəhdlərini pisləyir”.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov dünən Cenevrədə baş tutan strateji sabitlik üzrə Rusiya-ABŞ məsləhətləşmələrindən sonra deyib.

O, rəsmi Moskva tərəfindən bu vəziyyətin kifayət qədər mənfi qiymətləndirildiyini bildirib:

“Təəssüf ki, Vaşinqton onu təmin etməyən digər dövlətlərin rəsmilərinə qarşı da bu üsuldan istifadə edirlər. İranla bağlı vəziyyətdə biz siyasi təzyiq halını görürük”.

“Hesab edirəm ki, iranlı həmkarlarım bunu bir tərəfdən qaçınılmaz hal, digər tərəfdən isə xarici siyasətinin müstəqilliyi üçün ödənilən haqq hesab edirlər”, - deyə Ryabkov qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az