“NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” - Stoltenberq

18 İyul 2019 10:11 (UTC+04:00)

NATO Baş katibi Yens Stoltenberq bildirib ki, üzv ölkələrdən heç biri S-400 zenit-raket komlekslərinin alınması ilə bağlı Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

Baş katib əlavə edib ki, Türkiyə alyansın vacib üzvüdür.

O qeyd edib: "Alyansa üzv ölkələrdən heç biri Türkiyə ilə bağlı belə bir fikir heç vaxt qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq".(trend.az)

AzNews.az