Qonaq getdiyi evi soydu

18 İyul 2019 11:07 (UTC+04:00)

Türkiyənin Adana şəhərində qonaq getdiyi evdən 50 min lirə pul və qızıl oğurlayan Y.T. tutulub.

İfadəsində peşman olduğunu deyən Y.T oğurladığı pul və qızılları polisə təslim edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Adananın Çukurova bölgəsi, Belediyeevleri məhəlləsində meydana gəlib. İddiaya görə, B.H 7 ay öncə tanış olduğu K.B-ni evinə dəvət edib.

K.B Y.T. ilə birlikdə evə gedib. Daha sonra B.H dostu K.B. ilə bazara gedib. Evdə tək qalan Y.T. stolun üstündə olan kassa açarını alıb ev sahibi B.H-nin kassa içindəki 50 min lirə dəyərində pul və qızılını oğurlayıb.

Alış-verişdən qayıdan ev sahibi bir müddət oturduqdan sonra dostlarını yola salıb. B.H. daha sonra kassasındakı qızıl və pullarının olmadığını görəndə evinə dəvət etdiyi K.B-yə zəng edib soyulduğunu söyləyib ardından da polisə şikayət edib.

Hadisə yerinə gələn polis şübhəli Y.T.-ni gözaltına alıb.

İfadəsi alındıqdan sonra şübhəli çıxarıldığı növbəti məhkəmədə tutulub.

Səidə Vahid

AzNews.az