Meksikada 20 yaşlı futbolçu öldürüldü

18 İyul 2019 11:14 (UTC+04:00)

Meksikanın “Dorados de Sinalos” klubunun futbolçusu Mirşa Fransisko Errera Qastelum dünyasını dəyişib.

20 yaşlı sol cinah müdafiəçisi restoranda tanımadığı şəxslər tərəfindən öldürülüb.

Futbolçuya hücum edən 4 nəfər ona bıçaq xəsarətləri yetirib. M. Qastelum təcili xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.

Meksika polisi faktla bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, M. Qastelum son 5 ildə “Dorados” oynayırdı.(apa.az)

AzNews.az