Türkiyənin cənub-şərqində Mardin vilayətində terror aktının qarşısı alınıb.
Keçirilmiş xüsusi əməliyyat çərçivəsində magistral yol kənarında basdırılmış 40 kiloqramdan çox partlayıcı maddə aşkar edilib.
Məlumata görə, əməliyyat zamanı, həmçinin PKK terror təşkilatının 5 üzvü saxlanılıb.
Həmin ərazidə terror aktının da onlar tərəfindən planlaşdırıldığı bildirilir.
Saxlanılanların şəxsiyyəti açıqlanmır.
Əməliyyatla bağlı başqa detallar barədə məlumat verilməyib.(trend.az)
AzNews.az