Bakıda Türkiyə vətəndaşı qarət olundu

18 İyul 2019 11:30 (UTC+04:00)

Bakıda Türkiyə vətəndaşı qarət olunub.

Hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Ezel Rəna Yusif qızı polisə müraciət edərək bildirib ki, həmin ünvanda onun 150 manatını və bank kartlarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az