Montyoru cərəyan vurdu

18 İyul 2019 12:37 (UTC+04:00)

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, Hökməli qəsəbəsində elektrik naqillərini təmir edən ASC-nin Xırdalan ETSİ-nin elektrik montyoru 1997-ci il təvəllüdlü Mirxan Şeydayevi elektrik cərəyanı vurub.

M. Şeydayev hadisə yerində keçinib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.(apa.az)

AzNews.az