Moskvada azərbaycanlını öldürənlər saxlandı - 5 nəfər
8 May 2013 14:27 (UTC+04:00)
Mayın 5-də Moskvada Ramil İsmayılov adlı azərbaycanlının ölümü, bir azərbaycanlının isə yaralanması ilə nəticələnən kütləvi davanın iştirakçıları saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, saxlanan 5 nəfər bir nəfərin ölümü, daha iki nəfərin isə yaralanması ilə nəticələnən hadisəni təşkil etməkdə ittiham edilir.
Hazırda polis davanın hansı səbəbdən yarandığını araşdırır. Bəzi məlumatlara görə çeçenlərin iştirak etdiyi dava kommersiya mübahisəsindən yaranıb.
Elnarə Əlosmanqızı
AzNews.az