Azərbaycan Avropa Komissiyasının yeni prezidentini təbrik etdi

18 İyul 2019 14:08 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə Ursula fon der Leyeni təbrik edib.

XİN-nin Mətbuat xidmətinin “Twitter”də yerləşdirilən açıqlamasında deyilir: “Sizi Avropa Komissiyası prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da güclənəcəyinə inanırıq”.

AzNews.az