Toyda açılan güllə gəlini yaraladı

18 İyul 2019 14:26 (UTC+04:00)

Türkiyənin Konya şəhərinin Yunak bölgəsində toyda silahdan açılan atəş nəticəsində gəlin yaralanıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Yunak bölgəsi Karayayla məhəlləsində meydana gəlib. Əldə edilən bilgiyə görə kimliyi hələ ki, məlum olmayan birinin toyda silahla havaya atəş etməsi nəticəsində güllələrdən biri 22 yaşlı gəlinə dəyib.

Çiynindən yaralanan gəlin olay yerinə çağırılan təcili yardımla Hacı İzzet Baysal Yunak dövlət xəstəxanasına, sonra isə Konyaya aparılıb.

Polisin olay yerində apardığı araşdırmadan sonra günahkarın tapılması üçün işə başlanılıb.

Səidə Vahid

AzNews.az